Aİ ukraynalıların müvəqqəti müdafiəsinin vaxtını 2026-cı ilədək uzadıb
Avropa İttifaqı (Aİ) müharibədən qaçan ukraynalıların müvəqqəti müdafiəsini nəzərdə tutan Aİ-nin Müvəqqəti Mühafizə Direktivinin qüvvədə olma müddətini 2026-cı ilə qədər uzatmaq qərarına gəlib.
"Operativ Media" xəbər verir ki, bu barədə Belçikanın İmmiqrasiya və Sığınacaq üzrə Dövlət Naziri, Aİ-nin müvəqqəti prezidenti Nikol de Moor Aİ açıqlama verib.
"Hücumdan qaçan insanları qorumaq üçün nə lazımdırsa ediləcək. Bu, Ukrayna ilə həmrəyliklərini davam etdirdiklərini göstəriblər”, - o qeyd edib.
Xatırladaq ki, Aİ Ukrayna-Rusiya müharibəsindən qaçan insanların sayının müharibənin başlamasından sonra sürətlə artmasının ardından 2001-ci ildə çıxardığı Aİ Müvəqqəti Mühafizə Direktivini ilk dəfə 2022-ci ilin martında aktivləşdirib.
Bu çərçivədə ukraynalılar yaşamaq icazəsi ala, təhsil və səhiyyə xidmətlərindən yararlana, Aİ ölkələrində tapıb işləyə bilərlər.
Hazırda 4,2 milyon ukraynalı Aİ ölkələrində müvəqqəti müdafiədən yararlanır.