Menyu

Paşinyan və ABŞ dövlət katibinin müavini Bakı ilə İrəvan arasında sülhü müzakirə ediblər

Nərmin Qocamanlı
Paşinyan  və ABŞ dövlət katibinin müavini Bakı ilə İrəvan arasında sülhü müzakirə ediblər

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin müavini Riçard Verma ilə Azərbaycan və Ermənistan arasında sülh sazişi prosesini müzakirə edib.

"Operativ Media" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunub ki, Paşinyan və Verma Azərbaycanla dövlət sərhədinin çəkilməsi prosesini və “Dünyanın kəsişməsi” layihəsini və Dağlıq Qarabağdan köçənlər üçün mənzil proqramının həyata keçirilməsini müzakirə ediblər.

Paşinyan bildirib ki, ABŞ dövlət katibinin müavininin səfəri ölkələr arasında münasibətlərlə bağlı məsələlərin və Ermənistanda demokratiyanın və iqtisadi imkanların gücləndirilməsi üçün yaradılmış proqramların müzakirəsinə kömək edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər