Putinlə Vyetnam prezidenti arasında danışıqlar başlayıb
Nərmin Qocamanlı
Rusiya prezidenti Vladimir Putin və Vyetnam Sosialist Respublikasının prezidenti To Lam arasında ikitərəfli danışıqlar başlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Bildirilib ki, görüş Hanoydakı Prezident sarayının böyük zalında keçirilir.
Danışıqlar başlamazdan əvvəl hər iki dövlətin liderləri ənənəvi olaraq dövlət bayraqları önündə əl-ələ verib və xatirə şəkli çəkdiriblər.
Danışıqlarda Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov, baş nazirin müavini Dmitri Çernışenko, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, vitse-prezident Yuri Uşakov, Vyetnam səfiri Gennadi Bezdetko, ədliyyə naziri Konstantin Çuyçenko və digər rəəsmilər iştirak ediblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net