Menyu

İran səfiri: “Bizim Ermənistanla bağlı siyasətimiz prinsipialdır"

Nərmin Qocamanlı
İran səfiri: “Bizim Ermənistanla bağlı siyasətimiz prinsipialdır"

“Bizim Ermənistanla bağlı siyasətimiz prinsipialdır və hakimiyyətə gələn hökumətlər bu siyasət çərçivəsində hərəkət edirlər".

"Operativ Media" xəbər verir ki, bunu Iranın Ermənistandakı səfiri Mehdi Sobhani jurnalistlərlə bildirib.

O, bildirib ki, İran Ermənistanın ərazi bütövlüyünə hörmət edir və beynəlxalq səviyyədə tanınmış sərhədlərə, eləcə də istənilən geosiyasi dəyişikliklərə qarşıdır:

"İranda və Ermənistanda hakimiyyət dəyişib-dəyişməsə də, bu prinsipial siyasət heç vaxt dəyişməyəcək”.

"Ermənistan bizim yaxşı və vicdanlı qonşumuzdur və bizim prinsipial siyasətimizə hökumətlərin dəyişməsi təsir edə bilməz", - İranın Ermənistandakı səfiri vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər