Menyu

Devid Lemmi Britaniyanın yeni xarici işlər naziri təyin edilib

Devid Lemmi Britaniyanın yeni xarici işlər naziri təyin edilib

Böyük Britaniyanın baş naziri Keir Starmer Devid Lemmini yeni Leyboristlər hökumətində xarici işlər naziri təyin edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Dauninq-strit 10 ofisinin açıqlamasında bildirilir.

Lemmi Starmerin komandasına 2020-ci ildə Leyboristlər Partiyasının lideri seçildikdən dərhal sonra qoşulub. O, 2020-2021-ci illərdə kölgə ədliyyə katibi vəzifəsində çalışıb, bundan sonra ona kölgə xarici işlər katibi portfeli verilib.

51 yaşlı Lemmi 2000-ci ildən Britaniya Parlamentinin İcmalar Palatasında doğulub boya-başa çatdığı Londonun şimalındakı Tottenhem seçki dairəsini təmsil edib. 

O, hökumətdə ilk təcrübəsini Baş nazir Toni Bleyerin dövründə qazanıb. Onun dövründə, xüsusən də 2005-2007-ci illərdə krallığın Mədəniyyət Nazirliyinin rəis müavini vəzifəsində çalışıb. Leyboristlərin sonuncu Baş naziri Qordon Braunun kabinetində Lrmmi təhsil nazirinin müavini vəzifəsində çalışıb (2008-2010).

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər