Menyu

Polşa və Norveç Ukrayna hərbçilərinə təlim keçməyə başlayıb

Əsəd Abbaslı
Polşa və Norveç Ukrayna hərbçilərinə təlim keçməyə başlayıb

Polşa və Norveçdən olan təlimatçılar Ukrayna hərbçilərinin növbəti qrupuna “Leopard” tanklarında təlim keçməyə başlayıblar.

"Operativ Media" xəbər verir ki, bu barədə “Kresy” nəşri məlumat yayıb.

“NATO ordularının əsas döyüş tankı “Leopard 2A4”-dür. Norveç və Polşadan olan hərbi təlimatçılar təlim zamanı ukraynalı kursantlara hərbi texnikanı daha müstəqil idarə etmək imkanı verməyə çalışırlar”, - məlumatda ​​deyilir.

Qeyd olunur ki, xarici təlimatçılar ukraynalılara təlimdə daha müstəqil olmaq imkanı verməklə onların da öz növbəsində digər ukraynalılara döyüş tankını idarə etməyi öyrətməsini istəyirlər.

“NATO müttəfiqləri Vaşinqtonda keçirilən sammitdə növbəti il ​​ərzində Ukraynaya minimum 40 milyard avro hərbi yardım göstərməyi öhdələrinə götürməklə dəstəklərini artırmağa davam edirlər”, - nəşr yazır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər