Polşa və Norveç Ukrayna hərbçilərinə təlim keçməyə başlayıb
Əsəd Abbaslı
Polşa və Norveçdən olan təlimatçılar Ukrayna hərbçilərinin növbəti qrupuna “Leopard” tanklarında təlim keçməyə başlayıblar.
"Operativ Media" xəbər verir ki, bu barədə “Kresy” nəşri məlumat yayıb.
“NATO ordularının əsas döyüş tankı “Leopard 2A4”-dür. Norveç və Polşadan olan hərbi təlimatçılar təlim zamanı ukraynalı kursantlara hərbi texnikanı daha müstəqil idarə etmək imkanı verməyə çalışırlar”, - məlumatda deyilir.
Qeyd olunur ki, xarici təlimatçılar ukraynalılara təlimdə daha müstəqil olmaq imkanı verməklə onların da öz növbəsində digər ukraynalılara döyüş tankını idarə etməyi öyrətməsini istəyirlər.
“NATO müttəfiqləri Vaşinqtonda keçirilən sammitdə növbəti il ərzində Ukraynaya minimum 40 milyard avro hərbi yardım göstərməyi öhdələrinə götürməklə dəstəklərini artırmağa davam edirlər”, - nəşr yazır.
Teqlər:
"Pol\u015fa v\u0259 Norve\u00e7 Ukrayna h\u0259rb\u00e7il\u0259rin\u0259 t\u0259lim ke\u00e7m\u0259y\u0259 ba\u015flay\u0131b"