İran və Tacikistan arasında vizasız rejim tətbiq ediləcək
Avqustun 10-dan Tacikistan və İran arasında xarici pasport sahibləri üçün vizasız rejim tətbiq ediləcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“2024-cü il avqustun 10-dan Tacikistan Respublikası və İran İslam Respublikası hökumətləri arasında ümumi xarici pasport sahibləri üçün vizaların ləğvi haqqında Anlaşma Memorandumu qüvvəyə minəcək”, - deyə Tacikistan Xarici İşlər Nazirliyinin məlumatda bildirilib.
Sənədə əsasən, iki ölkənin ümumi xarici pasport sahibləri 30 gün vizasız səfər etmək hüququna malikdirlər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net