Ana səhifə / Siyasət / Şavkat Mirziyoyev Yaponiyanın baş naziri Fumio Kişida ilə telefon danışığı aparıb Şavkat Mirziyoyev Yaponiyanın baş naziri Fumio Kişida ilə telefon danışığı aparıb 09.08.2024, 15:47 Nərmin Qocamanlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Yaponiyanın Baş naziri Fumio Kişida arasında telefon danışığı olub. "Operativ Media" xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Mirziyoyev Baş nazir Kişidanın Özbəkistana rəsmi səfərinin təxirə salınmasını anlayışla qarşıladığını bildirib. Tərəflər diplomatik kanallar vasitəsilə səfərin yeni tarixlərini razılaşdırmaq barədə razılığa gəliblər. Qeyd edək ki, ötən gün Yaponiyanın qərbində 7,1 bal gücündə zəlzələ baş verib. Hadisə ilə əlaqədar baş nazirin Qazaxıstan, Özbəkistan və Monqolustana planlaşdırılan səfərləri təxirə salınıb. Genitor İdeyanı yaz —dəqiqələr içində saytın olsun. ›restoranım üçün sayt Pulsuz başla →Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma Saytın hazırlanır… CANLI restoran.genitor.net Genitor