TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur
Əsəd Abbaslı
Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur.
"Operativ Media" xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bu barədə sosial media hesabında yazıb.
"Qadınlar və uşaqlar da daxil olmaqla on minlərlə dinc sakini qətlə yetirən Netanyahunun törətdikləri cinayətləri böhtan və həqiqəti öldürməyə çalışan bəyanatlarla ört-basdır etməyə çalışması acınacaqlı əbəs bir cəhddir. 150 dövlət tərəfindən tanınan Fələstin dövlətinin əraziləri olan İordan çayının qərb sahili və Qəzza, özünə məxsusdur. Xəritəni təqdim etməyin qanunsuzluğunu və həyasızlığını nümayiş etdirən Netanyahu və dəstəsi bilməlidirlər ki, üzərində çəkilmiş xəyali xəritələr, cədvəlin heç bir əhəmiyyəti yoxdur." , - paylaşımda bildirilib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma