Menyu

Litva Rusiya ilə ticarət gəmiçiliyi haqqında sazişi ləğv edir

Əsəd Abbaslı
Litva Rusiya ilə ticarət gəmiçiliyi haqqında sazişi ləğv edir

Litva Rusiya Federasiyası ilə ticarət gəmiçiliyinə dair hökumətlərarası sazişi ləğv etmək niyyətindədir.

"Operativ Media" TASS-a istinadla xəbər verir ki, bu sənədin geri götürülməsi təşəbbüsü Litvanın Rabitə və Nəqliyyat Nazirliyi tərəfindən qaldırılıb.

“Beynəlxalq hüququn davamlı pozulması ilə bağlı geosiyasi vəziyyəti, habelə dövlətlərarası ticarət-iqtisadi əməkdaşlığın praktiki olaraq dayandığını və qeyri-mümkün olduğunu nəzərə alaraq, bu sazişi denonsasiya etmək məqsədəuyğundur”, -  təqdimatda deyilir.

Ticarət gəmiçiliyi haqqında Saziş 1993-cü ildə Vilnüs və Moskva arasında imzalanıb və 1994-cü ildə qüvvəyə minmişdir.

Hökumətdə bu məsələyə baxıldıqdan sonra Nazirlər Kabineti denonsasiya təklifi ilə razılaşarsa, təsdiq olunmaq üçün parlamentə göndəriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər