Litva Rusiya ilə ticarət gəmiçiliyi haqqında sazişi ləğv edir
Əsəd Abbaslı
Litva Rusiya Federasiyası ilə ticarət gəmiçiliyinə dair hökumətlərarası sazişi ləğv etmək niyyətindədir.
"Operativ Media"TASS-a istinadla xəbər verir ki, bu sənədin geri götürülməsi təşəbbüsü Litvanın Rabitə və Nəqliyyat Nazirliyi tərəfindən qaldırılıb.
“Beynəlxalq hüququn davamlı pozulması ilə bağlı geosiyasi vəziyyəti, habelə dövlətlərarası ticarət-iqtisadi əməkdaşlığın praktiki olaraq dayandığını və qeyri-mümkün olduğunu nəzərə alaraq, bu sazişi denonsasiya etmək məqsədəuyğundur”, - təqdimatda deyilir.
Ticarət gəmiçiliyi haqqında Saziş 1993-cü ildə Vilnüs və Moskva arasında imzalanıb və 1994-cü ildə qüvvəyə minmişdir.
Hökumətdə bu məsələyə baxıldıqdan sonra Nazirlər Kabineti denonsasiya təklifi ilə razılaşarsa, təsdiq olunmaq üçün parlamentə göndəriləcək.
Teqlər:
"Litva Rusiya il\u0259 ticar\u0259t g\u0259mi\u00e7iliyi haqq\u0131nda sazi\u015fi l\u0259\u011fv edir"