Rusiya ordusu Kupyansk şəhərinə daxil olub
Əsəd Abbaslı
Rusiya Silahlı Qüvvələri Xarkov vilayətinin Kupyansk şəhərinə daxil olub.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
“Rusiya ordusu Kupyanskın özünə daxil olub, döyüş gedir”, - deyə qeyd olunub.
Döyüşlərin qəsəbənin şimal kənarında getdiyi dəqiqləşdirilir. Məlumata görə, Rusiya aviasiyası da şəhərdə Ukrayna Silahlı Qüvvələrinin yerləşdiyi yerlərə kütləvi zərbələr endirib.
Bundan əlavə, Kupyanskın şimalında və cənubunda, Ukrayna qrupunun cinahlarında döyüşlərin getdiyi barədə məlumatlar var.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net