Menyu

Rusiya Zaporojyeni atəşə tutub, 4 nəfər ölüb

Şəfa Hüseynli
Rusiya  Zaporojyeni atəşə tutub, 4 nəfər ölüb

Son sutka  ərzində Rusiya ordusu Ukraynanın Zaporojye vilayətində yerləşən bir sıra yaşayış məntəqələrini intensiv atəşə tutub.

Operativ Media xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov bildirib.

O qeyd edib ki, ümumilikdə 12 kənd və şəhər 700-dən çox zərbəyə məruz qalıb.

"Zaporojye və Vasylivka bölgələrində həyata keçirilən hücumlar nəticəsində 4 nəfər həyatını itirib, 13 adam isə müxtəlif dərəcəli xəsarətlər alıb. Partlayışlar nəticəsində yaşayış evlərinə və mülki obyektlərə ciddi zərər dəyib. Hazırda ərazidə xilasetmə və bərpa işləri aparılır",- İvan Fedorov vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər