Son sutka ərzində Rusiya ordusu Ukraynanın Zaporojye vilayətində yerləşən bir sıra yaşayış məntəqələrini intensiv atəşə tutub.
Operativ Media xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov bildirib.
O qeyd edib ki, ümumilikdə 12 kənd və şəhər 700-dən çox zərbəyə məruz qalıb.
"Zaporojye və Vasylivka bölgələrində həyata keçirilən hücumlar nəticəsində 4 nəfər həyatını itirib, 13 adam isə müxtəlif dərəcəli xəsarətlər alıb. Partlayışlar nəticəsində yaşayış evlərinə və mülki obyektlərə ciddi zərər dəyib. Hazırda ərazidə xilasetmə və bərpa işləri aparılır",- İvan Fedorov vurğulayıb.
Teqlər:
"Rusiya Zaporojyeni at\u0259\u015f\u0259 tutub 4 n\u0259f\u0259r \u00f6l\u00fcb"