Paşinyan yenidən məzuniyyətə çıxıb
Nərmin Qocamanlı
Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 12-dən 15-ə kimi məzuniyyətdə olacaq.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Qeyd edək ki, iyulun 28-də Ermənistan Respublikasının baş nazirinin ofisi baş nazir Nikol Paşinyanın iyulun 28-dən avqustun 15-dək məzuniyyətdə olacağını açıqlamışdı. Lakin məzuniyyət zamanı baş nazir Nikol Paşinyanı əvəzləyən baş nazirin müavini Mher Qriqoryanın qərarı ilə avqustun 5-də Paşinyan məzuniyyətdən geri çağırılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net