Menyu

Kaya Kallas bütün tərəfləri Gürcüstandakı seçkilər zamanı zorakılıqdan çəkinməyə çağırıb

Əsəd Abbaslı
Kaya Kallas bütün tərəfləri Gürcüstandakı seçkilər zamanı zorakılıqdan çəkinməyə çağırıb

Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas və Avropa komissarı Marta Kos bütün tərəfləri Gürcüstandakı seçkilər zamanı zorakılıqdan çəkinməyə çağırıb.

Operativ Media xəbər verir ki, onların bəyanatı Aİ-nin Gürcüstandakı nümayəndəliyinin saytında dərc olunub.

Diplomatlar Gürcüstan hakimiyyətindən vətəndaşların sərbəst toplaşmaq hüququna hörmətlə yanaşmağı, bütün tərəflərdən isə sakitlik və təmkinli davranmağı xahiş ediblər.

Kallas və Kos hesab edir ki, Gürcüstanda yerli seçkilər “müxalifətin geniş şəkildə boğulması” şəraitində keçib. Press-relizdə vurğulanır ki, Aİ respublikada baş verən hadisələrdə onun rolu ilə bağlı dezinformasiyanı qəti şəkildə rədd edir: "Bütün siyasi aktorlar və vətəndaş cəmiyyətinin nümayəndələri arasında konstruktiv və inklüziv dialoq vacibdir", - press-relizdə deyilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər