01 Mart 2023, 11:01
Vinisius Juniora qarşı irqçilik edən azarkeşə cəza verildi
Vinisius Juniora qarşı irqçilik edən azarkeşə cəza verildi şəkil
Vinisius Juniora qarşı irqçilik edən azarkeşə cəza verildi

Fevralın 5-də İspaniya LaLiqasında keçirilən "Mayorka" - "Real Madrid" matçında Madrid klubunun braziliyalı futbolçusu Vinisius Junioru tribunadan təhqir etdiyi aşkarlanan azarkeşlə bağlı Ali İdman Şurasına bağlı komissiya qərarını açıqlayıb. 

"Operativ Media" xəbər verir ki, komissiya irqçi hərəkətə yol verən azarkeşə 4 min avro cərimə ilə 12 ay müddətində bütün idman yarışlarına qadağa qoyub.

 Sözügedən azarkeşlə bağlı İspaniya Milli Polisi 3 min avro cərimə və 6 aylıq idman yarışlarına qadağa qoyulmasını tələb edib.

 Digər tərəfdən komissiya liqada martın 19-da oynanılacaq "Barselona" - "Real Madrid" matçını "yüksək riskli" elan edib.

Son xəbərlər
Azərbaycan güləşçiləri Xorvatiyada daha iki medal qazanıblar
İTV-nin canlı yayımına haker hücumu olub
Hakan Fidan və Abbas Araqçi arasında telefon danışığı olub
Azərbaycan çempionatında ilk yarımfinalçılar bəlli oldu
Sumqayıtda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib
Türkiyədə sərnişin avtobusu aşıb
FHN-in qadın əməkdaşları dövlət qurumları arasında çempionatın qalibi olub
Baş nazir: NATO-ya qoşulmaq Gürcüstanın gündəliyində deyil