Menyu

ABŞ-də 51-ci ştatın yaradılması müzakirə olunur

Nicat Hüseynli
ABŞ-də 51-ci ştatın yaradılması müzakirə olunur
1 dəq oxu

İllinoys ştatının 33 dairəsində Çikaqonun yerləşdiyi Kuk dairəsindən ayrılaraq yeni ştatın yaradılması təşəbbüsü dəstəklənib.

Operativ Media  xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

Məlumata görə, keçirilən referendumlar hüquqi qüvvəyə malik olmasa da, bütün iştirakçı dairələrdə təşəbbüs lehinə səs verilib.

Təşəbbüs tərəfdarları kənd bölgələrinin diqqətdən kənarda qaldığını bildirirlər. Qubernator C.B. Pritsker isə ayrılmanın baş tutmayacağını deyib.

Yeni ştatın yaradılması üçün İllinoys qanunverici orqanının və ABŞ Konqresinin təsdiqi tələb olunur.

Əlaqəli Xəbərlər