02 Mart 2023, 07:15
"Tottenhem" İngiltərə Kuboku ilə vidalaşdı

İngiltərə Kubokunda 1/8 mərhələsinin oyunlarına yekun vurulub.
"Operativ Media" xəbər verir ki, "Tottenhem" klubu səfərdə "Şeffild Yunayted" klubunun qonağı olub. London təmsilçisi 1-0 hesabı ilə məğlub olaraq kubokla vidalaşıb.
Qeyd edək ki, "Şeffild Yunayted" 1/4 final mərhələsində "Bləkbörn" klubu ilə qarşılaşacaq.