Azərbaycan millsinin və "Qarabağ" klubunun futbolçusu Qara Qarayev bu gün səhər saatlarında dünyasının dəyişmiş ilahiyyatçı Hacı Şahin Həsənli haqqında danışıb.
"Operativ Media"ya açıqlama verən futbolçu Hacı Şahinin ölümündən sarsıldığını bildirib.
"Hacı Şahinin dünyasını dəyişməsi mənim üçün çox pis oldu . Çünki Hacı istər dini sahədə, istər şəxsiyyət kimi Azərbaycan üçün örnək olan insanlardan biri idi. Hacı Şahinin nəinki dini sahə, Azərbaycanla bağlı olan bütün sahələrə, həmçinin də idmanla bağlılığı var idi. "Qarabağ"ın beynəlxalq oyunlarını xüsusi ilə izləyirdi. Hacı üçün bu ölkənin bayrağını təmsil edən hər kəs çox dəyərli idi. Hacı Şahin bu ölkənin insanları üçün yol göstərici idi. Allahdan ona rəhmət diləyirəm. Məkanı cənnət olsun"