Kayseri 2-ci İnzibati Məhkəməsi "Fənərbaxça" tərəfdarlarının səfər tribunalarına buraxılmaması qərarının icrasını dayandırmağa qərar verdi.
"Operativ Media" xəbər verir ki, Kayseri İl Təhlükəsizlik Şurası etiraza bir günlük müddət verdi. Məhkəmə apellyasiya şikayətinə baxdıqdan sonra yekun qərarını verəcək.
Spor Toto Super Liqanın 24-cü həftəsində, 4 mart şənbə günü oynanılacaq "Kayserispor" - "Fənərbaxça" matçı öncəsi Kayseri İl Təhlükəsizlik Şurası təhlükəsizlik səbəbiylə sarı-göylü azarkeşlərin səfər tribunalarına girişinə qadağa qoymuşdu.
"Fənərbaxça" klubu bu qərara etiraz edərək Kayseri 2-ci İnzibati Məhkəməsinə müraciət etmişdi. Qarşılaşmanın martın 4-ü şənbə günü oynanılacağını nəzərə alan məhkəmə, "Fənərbaxça" azarkeşlərinin səfər tribunalarına aparılmama qərarı ilə bağlı edamın dayandırılmasına qərar verib.