02 Mart 2023, 18:37
Ronaldinyonun oğlu "Barselona" ilə müqavilə imzaladı

Barselona klubu 2003-2008-ci illər arasında heyətində yer alan braziliyalı sabiq futbolçu Ronaldinyo ləqəbli Ronaldo de Assis Moreyranın 17 yaşlı oğlu, Joao Mendes de Assis Moreyranı gənclər komandasına transfer edib.
"Operativ Media" xəbər verir ki, bu barədə "Barselona" rəsmi sosial media hesabından paylaşım edilib.
Ronaldinyo 5 mövsüm oynadığı "Barselona" ilə 2 liqa çempionluğu, 2 İspaniya Superkuboku və 1 Çempionlar Liqası kubokunu qazanıb.