Vyetnamın mərkəzi hissəsində baş verən güclü leysan yağışları və daşqınlar nəticəsində azı 28 nəfər həlak olub, daha altı nəfər itkin düşüb.
Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət zamanı minlərlə insan sel və torpaq sürüşməsi nəticəsində su basmış və dağılmış evlərini tərk etmək məcburiyyətində qalıb.
Bildirilib ki, 245 mindən çox sakin işıqsız qalıb.