Menyu

"Borussiya" "Sabah"la oyuna itki ilə çıxacaq

Operativ Media
"Borussiya" "Sabah"la oyuna itki ilə çıxacaq
1 dəq oxu

UEFA Çempionlar Liqasında əsas mərhələnin 3-cü turunda “Sabah”la qarşılaşacaq Dortmund “Borussiya”sı Bakıya itki ilə gələcək.

Operativ Media  xəbər verir ki, səfər öncəsi Almaniya klubu bir futbolçusunun xidmətindən məhrum qalıb. Belə ki, yarımmüdafiəçi Konstantinos Karetsas Bundesliqanın 6-cı turunda “Union”la səfər görüşündə (0:0) sıradan çıxıb. Zədədən yeni qayıdan 18 yaşlı yunanıstanlı oyunçu 62-ci dəqiqədə meydana daxil olsa da, cəmi 7 dəqiqə sonra topuğundan xəsarət alaraq əvəzlənib.

Baş məşqçi Niko Kovaç da gənc futbolçunun böyük ehtimalla “Sabah”la qarşılaşmada iştirak edə bilməyəcəyini açıqlayıb.

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya” oyunu saat 20:45-də başlayacaq

Əlaqəli Xəbərlər