Menyu

Bəşər Əsədin devrilməsindən sonra Türkiyədən Suriyaya qayıdanların sayı açıqlanıb

Operativ Media
Bəşər Əsədin devrilməsindən sonra Türkiyədən Suriyaya qayıdanların sayı açıqlanıb

Ötən ilin dekabrında Suriya prezidenti Bəşər Əsədin devrilməsindən sonra təxminən 550 min suriyalı qaçqın Türkiyədən vətənlərinə qayıdıb.

Operativ Media xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, Türkiyədə 2,4 milyona yaxın suriyalı qaçqın qalıb, son vaxtlar orada sığınacaq tapan suriyalıların sayı isə 3,5 milyonu keçib. AFP-nin məlumatına görə, BMT-nin qaçqınlar agentliyi cümə günü bildirib ki, 2024-cü il dekabrın 8-də Əsədin devrilməsindən bu yana 1,16 milyon suriyalı Suriyaya qayıdıb, 1,9 milyona yaxın məcburi köçkün isə öz evlərinə qayıdıb.

Əlaqəli Xəbərlər