İsrailin Livana hava zərbəsi nəticəsində dörd nəfər ölüb
Operativ Media
İsrail keçən ilin noyabrında Hizbullahla razılaşdırılmış atəşkəsə baxmayaraq, Livanın cənubuna mütəmadi hücumlar həyata keçirib.
Operativ Media xəbər verir ki, bu barədə Aljazeera məlumat yayıb.
Məlumata görə, İsrailin hava zərbəsi Livanın cənubunda azı dörd nəfərin ölümü ilə nəticələnib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib və hücumun demək olar ki, bir ildir davam edən atəşkəsə əlavə təzyiq yaratdığı bildirilir
Dövlətə məxsus Livan Xəbər Agentliyi hücumun “idarə olunan raketlə” həyata keçirildiyini bildirib.