Maduro ABŞ-ni dövlət çevrilişinə cəhddə ittiham edib
Operativ Media
Venesuela prezidenti Nikolas Maduro ABŞ-ni ölkəsinin təbii sərvətlərini talamaq məqsədilə müharibə aparmaq və dövlət çevrilişi təşkil etməyə cəhd göstərməkdə ittiham edib.
Operativ Media xəbər verir ki, o, Karib Forumu zamanı çıxışında bildirib:
“Onlar Venesuelaya qarşı müharibə aparmaq, dövlət çevrilişi həyata keçirmək və böyük neft, qaz ehtiyatlarımızı oğurlamaq istəyiblər. Əgər Venesuelanın nefti, qazı, qızılı, suyu, milyonlarla hektar münbit torpağı və strateji coğrafi mövqeyi olmasaydı, bəlkə də heç kim bizim haqqımızda danışmazdı”.