İran və Çin birgə tədqiqat mərkəzi açıb

İranın Kənd Təsərrüfatı Nazirliyi Çinlə birgə yeni düyüçilik üzrə tədqiqat mərkəzinin yaradıldığını elan edib.
Operativ Media "Mehr" agentliyinə istinadən xəbər verir ki, mərkəzin məqsədi quraqlığa davamlı, hər hektardan 6 tondan artıq məhsul verə bilən hibrid düyü növlərinin yetişdirilməsidir.
Bu təşəbbüs iki ölkə arasında 25 illik tərəfdaşlıq çərçivəsində kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi proqramının bir hissəsidir.
Kənd təsərrüfatı nazirinin müavini və Kənd Təsərrüfatı Tədqiqatları, Təhsil və Təbliğat Təşkilatının (AREEO) rəhbəri Qolamrza Qolməhəmmədi bildirib ki, baxmayaraq ki, bəzi dairələr ərzaqla bağlı sahələrin sanksiyalardan azad olduğunu iddia edirlər, 2018-ci ildən bəri beynəlxalq tədqiqat təşkilatlarının əksəriyyəti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) istisna olmaqla, İrandan çıxıb və bu da elmi əməkdaşlığın imkanlarını məhdudlaşdırıb.
Onun sözlərinə görə, elmi əməkdaşlıq xüsusilə Çinlə əlaqələrdə inkişaf etməkdə davam edir.
İran və Çin rəsmilərinin qarşılıqlı səfərlərindən, o cümlədən İran prezidentinin və kənd təsərrüfatı nazirinin səfərlərindən sonra, altı gən