Menyu

Günəşdə güclü alovlanmalar yenidən başlayıb

Operativ Media
Günəşdə güclü alovlanmalar yenidən başlayıb

İki həftəlik fasilədən sonra Günəşdə güclü alovlanmalar yenidən başlayıb və daha güclü hadisələrin baş verməsi mümkündür.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

“Günəşdə oktyabrın ortalarında müşahidə olunan və iki həftəlik fasilədən sonra dayanan güclü alovlanma aktivliyi yenidən başlayıb”, – deyə laboratoriyanın açıqlamasında bildirilir.

Məlumata görə, M1.0 səviyyəli alovlanma Bakı vaxtı ilə saat 05:00 radələrində ulduzun şərq kənarında qeydə alınıb. Belə alovlanmalar Günəş fizikası üzrə istifadə olunan beşpilləli miqyasda dördüncü – “güclü” sinfə aiddir. Alimlər xatırladıblar ki, M səviyyəsindən yuxarı yalnız X səviyyəli ən güclü hadisələr mövcuddur.

Alimlərin gözləntilərinə əsasən, gecə baş verən hadisə Günəş aktivliyinin uzunmüddətli artımının başlanğıc əlamətidir. Bu artımın zirvəsinə gələn həftə – noyabrın 3-dən 9-dək çatacağı proqnozlaşdırılır. Hazırda Günəşin sol kənarında Yerə tərəf istiqamətlənmiş iki güclü aktivlik mərkəzi müşahidə olunur.

Əlaqəli Xəbərlər