Menyu

Tramp Putin və Si Cinpini çox güclü və ağıllı lider adlandırıb

Əziz Əzizli
Tramp Putin və Si Cinpini çox güclü və ağıllı lider adlandırıb

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpini çox güclü və ağıllı liderlər hesab edir.

Operativ Media xəbər verir ki, o, bu barədə noyabrın 2-də yayımlanan "CBS News"a müsahibəsində bildirib.

“Hər ikisi sərtdir, hər ikisi də ağıllıdır”, – amerikalı lider “Putinlə, yoxsa Si Cinpinlə məşğul olmaq daha çətindir?” sualına cavabında deyib. – “Onların hər ikisi çox güclü liderlərdir. Bu insanlarla oyun oynamaq olmaz, onlar çox ciddi qəbul edilməlidirlər”.

“Bunlar ciddi insanlardır, sərt və ağıllı liderlərdir”, – Tramp sözlərini belə yekunlaşdırıb.

Əlaqəli Xəbərlər