Xəzər sammiti 2026-cı ilin avqustunda İranda keçiriləcək

İranda Xəzər dənizi məsələləri üzrə Xüsusi Komitənin ilk iclası keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə "Irna" məlumat yayıb.
Bildirilib ki, iclasa İranın hüquqi və beynəlxalq məsələlər üzrə xarici işlər nazirinin müavini, Xəzər dənizi üzrə xüsusi nümayəndə Kazem Qaribabadi sədrlik edib.
Görüşdə Xəzəryanı dövlətlər arasında əməkdaşlıq və İranın daxili hazırlıqları ilə bağlı geniş spektrli məsələlər müzakirə olunub.
Əsas mövzulara 2026-cı ilin avqustunda İranda keçiriləcək VII Xəzər sammitinə hazırlıq, noyabrda Rəştdə baş tutacaq Xəzəryanı vilayətlərin qubernatorlarının görüşü, eləcə də Xəzərin hüquqi statusu və ekologiyası ilə bağlı məsələlər daxildir.
İclasın sonunda icra strukturlarının nümayəndələri Xəzər regionunda görülmüş işlər, gələcək planlar, mövcud problemlər barədə məruzələrlə çıxış ediblər.