Tayvan ABŞ-dən 18 "HIMARS" çoxsaylı buraxılış raket sistemi alacaq
Şəfa Hüseynli
Tayvan 2026-cı ilin sonuna kimi Amerika istehsalı olan 18 M142 HIMARS çoxsaylı buraxılış raket sistemlərinin (MLRS) alacağını nəzərdə tutub.
Operativ Media xəbər verir ki, bu barədə "Taipei Times" məlumat yayıb.
Bildirilib ki, Tayvan əvvəlcə 2027-ci ildə HIMARS-ı qəbul etməli idi, lakin ABŞ sistemləri planlaşdırdığından daha tez çatdıra bilər.
MLRS çatdırılmasına 300 km-ə qədər atəş məsafəsinə malik 20 ATACMS taktiki raket sistemi və 70 km atəş məsafəsinə malik 864 dəqiq idarə olunan raketlə müşayiət olunan 18 buraxılış qurğusu daxildir.
Nəşrin məlumatına görə, raket sistemlərinin ilkin olaraq 2026-cı ilin sonuna kimi çatdırılması nəzərdə tutulur.