Menyu

Tramp Rusiya, Çin və Şimali Koreyanı gizli nüvə silahı sınaqları keçirməkdə ittiham edib

Əziz Əzizli
Tramp Rusiya, Çin və Şimali Koreyanı gizli nüvə silahı sınaqları keçirməkdə ittiham edib

ABŞ prezidenti Donald Tramp Rusiyanı, eləcə də Şimali Koreya, Çin, Pakistan və digər ölkələri gizli şəkildə yeraltı nüvə silahı sınaqları keçirməkdə ittiham edib.

Operativ Media xəbər verir ki, o, bu haqda "CBC News" kanalına müsahibəsində deyib.

"Amma onlar bu barədə sizə demirlər. Və bilirsiniz ki, nûvə silahları nə qədər güclü olsalar da, dünya böyük bir yerdir. Onların harada sınaqdan keçirildiyini bilmək lazım deyil. Onlar yerin dərinliklərində sınaqdan keçirirlər, insanlar orada nə baş verdiyini bilmirlər. Siz sadəcə bir az vibrasiya hiss edirsiniz", - o, müsahibəsində qeyd edib.

"Onlar sınaqdan keçirirlər, biz isə yox. Biz sınaqdan keçirməliyik. Rusiya ötən gün müəyyən növ sınaqları fərqli səviyyədə edəcəklərini söyləyərkən kiçik bir təhdid etdi. Ancaq Rusiya sınaqdan keçirir. Çin sınaqdan keçirir və biz də sınaqdan keçirəcəyik", - Tramp əlavə edib və Şimali Koreya və Pakistanın oxşar sınaqlar keçirdiyinə inandığını qeyd edib.

"Bizim ən yaxşı nüvə silahlarımız var və onları ilk prezidentlik müddətimin dörd ilində yeniləyən və quran mən idim. Və mən bunu etməyə nifrət etdim, çünki onun dağıdıcı gücü haqqında danışmaq belə istəmirəm", - ABŞ prezidenti deyib.

"Əgər bizdə nüvə silahları arsenalları varsa, onda biz onları sınaqdan keçirməliyik, əks halda onların necə işləyəcəyi bilinməyəcək. Və biz heç vaxt onlardan istifadə etmək istəməzdik", - Tramp yekunlaşdırıb.

ABŞ prezidenti oktyabrın 29-da nüvə sınaqlarının bərpası ilə bağlı qərarını açıqlayıb. Lakin nə o, nə də digər ABŞ administrasiyasının rəsmiləri bunun nüvə ittihamlarına aid olub-olmadığını dəqiqləşdirməyiblər.

Əlaqəli Xəbərlər