Menyu

Yaponiyanın yeni baş naziri Şimali Koreya lideri ilə şəxsi danışıqlara hazır olduğunu bildirib

Əziz Əzizli
Yaponiyanın yeni baş naziri Şimali Koreya lideri ilə şəxsi danışıqlara hazır olduğunu bildirib

Yaponiyanın yeni baş naziri Sanae Takaichi Şimali Koreya lideri Kim Çen Inlə şəxsi danışıqlara hazır olduğunu və bu barədə artıq Pxenyana məlumat verdiyini bildirib.

Operativ Media xəbər verir ki, o, bunu 1970-ci illərdə Şimali Koreya kəşfiyyatı tərəfindən oğurlanmış Yaponiya vətəndaşlarının probleminə həsr olunmuş tədbirdə deyib.

“Mən artıq Şimali Koreya tərəfinə zirvə görüşü keçirmək istədiyimi bildirmişəm”, – Kyodo agentliyi onun sözlərini sitat gətirib. Takaichi bu məsələdə irəliləyişə nail olmaq və baş nazir olduğu müddətdə oğurlanmış vətəndaşların problemini həll etmək istədiyini vurğulayıb.

Əlaqəli Xəbərlər