Hindistanda avtobusla yük maşınının toqquşması nəticəsində azı 20 nəfər ölüb
Əziz Əzizli
Hindistanın cənubundakı Telangana ştatında sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində azı 20 nəfər həlak olub, 18 nəfər yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.
Məlumata görə, hadisə zamanı Haydərabada gedən avtobusda təxminən 70 sərnişin olub. Yük maşını isə çınqıl daşıyırmış. Qəza zamanı toqquşma o qədər güclü olub ki, yükün bir hissəsi avtobusun üzərinə tökülüb və sərnişinlər nəqliyyat vasitəsini tərk edə bilməyiblər.
Hadisə yerinə xilasedici qruplar cəlb olunub. İnsanları çıxarmaq üçün ekskavatorlardan istifadə edilib.
İlkin məlumatlara görə, qəzanın səbəbi sürət həddinin aşılması və yük maşınının sürücüsünün idarəetməni itirməsi olub.