Mahir Emreli mövsüm sonunda "Dinamo"dan ayrıla bilər
Əziz Əzizli
Xorvatiyanın "Dinamo" klubu hücumçu Mahir Emreli ilə yollarını ayıracaq.
"Operativ Media" xəbər verir ki, 25 yaşlı forvard Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiçin planlarında yer almır. Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.
"Dinamo" ötən ay Emrelini Türkiyənin "Konyaspor" klubuna icarəyə verib. Azərbaycan millisinin də üzvü olan forvard sezonun sonuna qədər Super Liqa təmsilçisində forma geyinəcək.
Teqlər:
"Mahir Emreli mövsüm sonunda \"Dinamo\"dan ayrıla bilər"