Menyu

Britaniya bir il ərzində sığınacaq üçün müraciətlərin sayına görə rekorda imza atıb

Operativ Media
Britaniya bir il ərzində sığınacaq üçün müraciətlərin sayına görə rekorda imza atıb

2024-cü ildə Böyük Britaniyada sığınacaq üçün müraciətlərin sayı 108 mini keçib ki, bu da ölkə üçün rekord göstəricidir.

Operativ Media xəbər verir ki, bu haqda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hesabatında qeyd edilib.

2024-cü ildə miqrantlar 2023-cü illə (84 min nəfər) müqayisədə 28 faiz çox müraciət ediblər. 1979-cu ildən bu istiqamətdə statistika aparılmağa başlandıqdan bəri bu qədər çox müraciət qeydə alınmayıb. Əvvəlki rekord 2002-ci ildə müşahidə olunmuşdu – həmin il 103 min müraciət daxil olmuşdu.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) məlumatına əsasən, 2024-cü ildə Böyük Britaniyaya daxil olmaq üçün 44 min qanunsuz cəhd qeydə alınıb. Miqrantlar əsasən La-Manş boğazından şişmə qayıqlarla keçmək üçün qaçaqmalçıların xidmətlərindən istifadə ediblər. 2023-cü ildə oxşar cəhdlərin sayı 38 min olmuşdu.

Böyük Britaniyaya 10 mindən çox qeyri-qanuni miqrant Pakistandan, daha sonra isə hərəsi 8 min nəfər olmaqla Əfqanıstan və İrandan gəlib.

2024-cü ildə təqdim edilən 230 min müraciətlə Almaniya bu göstəriciyə görə dünyada birinci yerdə qərarlaşıb. Bu, əvvəlki illə müqayisədə 100 min nəfər azdır. Növbəti yerləri Kanada (174 min), İspaniya (164 min), İtaliya (151 min), Fransa (131 min) və Böyük Britaniya tutur. Fransada müraciətlərin sayında azalma, qeyd olunan digər ölkələrdə isə artım müşahidə olunur.

Əlaqəli Xəbərlər