03 Mart 2023, 09:50
Pelenin qızı: "Pele Dünya Çempionatının finalını izləyə bilmədi"

Mərhum braziliyalı futbolçu Pelenin qızı atasının son Dünya Çempionatını haqqında fikirlərindən danışıb.
"Operativ Media" xəbər verir ki, Pelenin qızı atasınin final matçını izləmədiyini bildirib.
"Braziliya Xorvatiyaya uduzanda atamın vəziyyəti daha da pisləşdi. Atama gorə hamı Braziliyanın qalib gəlməsini istəyirdi. Braziliya məğlub olduqdan sonra xəstəxanaya gələn hər kəs "Pele, bundan sonra nə var? Kimin qazanmasını istəyirsən?" deyirdi".
"Pele cavabında "Argentina! Kubok Cənubi Amerikada qalmalıdır. Messi buna layiqdir" deyirdi".
"Pele finalı televizorda izləyə bilmədi, ancaq Argentinanın qalib gəldiyini və Messinin kuboku qaldırmağı bacardığını başa düşdü. çox xoşbəxt idi".