ABŞ Belarusun Belavia aviaşirkətinə qarşı sanksiyaları ləğv edib
Şəfa Hüseynli
ABŞ Belarusun Belavia aviaşirkətini rəsmən sanksiyalar siyahısından çıxarıb.
Operativ Media xəbər verir ki, bu barədə "Belta" məlumat yayıb.
ABŞ Maliyyə Nazirliyi artıq Belavia və onun törəmə şirkətləri, eləcə də aviaşirkətin birbaşa və ya dolayısı ilə 50% və ya daha çox paya sahib olduğu istənilən hüquqi şəxslərlə maliyyə əməliyyatlarına icazə verib.