Menyu

Qazaxıstan və Türkiyə hərbi yüklərin hava tranziti qaydalarını yeniləyir

Operativ Media
Qazaxıstan və Türkiyə hərbi yüklərin hava tranziti qaydalarını yeniləyir

Qazaxıstan Parlamenti iki ölkə hökumətləri arasında hərbi əmlakın və şəxsi heyətin Qazaxıstan və Türkiyə hava məkanından uçuşu və tranziti ilə bağlı yeni şərtləri müəyyən edən sazişin ratifikasiyası haqqında qanun layihəsinə baxmağa başlayıb.

Operativ Media Kazinform agentliyinə istinadən xəbər verir ki, sözügedən sənəd 2024-cü il sentyabrın 11-də Astanada imzalanıb.

Sazişin məqsədi hərbi hava daşımalarının sadələşdirilməsi və bu sahədə qarşılıqlı tənzimləmənin təmin edilməsidir.

Qeyd olunub ki, yeni razılaşma Qazaxıstan və Türkiyə arasında müdafiə və logistik əməkdaşlığın gücləndirilməsinə, eləcə də regionda hərbi-nəqliyyat əlaqələrinin daha çevik və şəffaf şəkildə həyata keçirilməsinə xidmət edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər