Ermənistan və Türkiyə uçuşların sayının artırılması barədə razılığa gəlib
Şəfa Hüseynli
Ermənistan və Türkiyə aviareyslərin sayının artırılması barədə razılığa gəlib.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda keçirilən beynəlxalq forumda bildirib.
“Ermənistanla Türkiyə arasında uçuşlar olub, onların artırılması ilə bağlı razılıq var: İrəvana, Gümrüyə, İstanbula, bəlkə də Ankaraya”, - Mirzoyan bildirib.