Menyu

Qazaxıstan və Belarus Baş nazirləri görüşüb

Şəfa Hüseynli
Qazaxıstan və Belarus Baş nazirləri görüşüb

Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov ilə Belarusun Baş naziri Aleksandr Turçin görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan nazirlər kabineti məlumat yayıb.

Bildirilib ki, tərəflər ticarət və iqtisadi əməkdaşlığın gələcək inkişafını müzakirə ediblər.  

İkitərəfli ticarət dövriyyəsinin artırılması və investisiya, sənaye, kənd təsərrüfatı, rəqəmsal sənaye və süni intellekt, habelə nəqliyyat və logistika, səhiyyə, turizm və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələlərinə baxılıb.

Əlaqəli Xəbərlər