Çin ABŞ-nin 31 şirkətinə ixrac məhdudiyyətlərini dayandıracaq
Operativ Media
Çin noyabrın 10-dan etibarən 15 ABŞ şirkəti üçün ikili təyinatlı mallara ixrac nəzarətini dayandıracaq və daha 16 ABŞ firması üçün məhdudiyyətlər bir il müddətində qüvvədə qalacaq.
Operativ Media xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.
Bildirib ki, qərar ikitərəfli ticarət danışıqları zamanı əldə olunan razılaşmalara uyğun olaraq qəbul edilib.