Menyu

HƏMAS daha bir girovun cəsədini təhvil verəcək

Operativ Media
HƏMAS daha bir girovun cəsədini təhvil verəcək

HƏMAS bu gün Qəzza zolağında saxlanılan bir israilli girovun cəsədini Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarına təhvil verəcək.

Operativ Media xəbər verir ki, bu barədə məlumat hərəkatın “Telegram” kanalında dərc olunub.

“İsrailli girovların fələstinli məhbuslarla dəyişdirilməsi razılaşması çərçivəsində bu gün Əl-Şucaiyə bölgəsində tapılan bir girovun cəsədini təhvil vermək qərarına gəldik”, - məlumatda deyilir.

Qeyd edək ki, bu, son günlərdə HƏMAS tərəfindən İsrailə təhvil verilən dördüncü cəsəddir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər