İsrail İordan çayının qərb sahilində 356 yaşayış məntəqəsi tikməyi planlaşdırır
Şəfa Hüseynli
İsrailin Tikinti Nazirliyi Fələstinə məxsus, lakin qeyri-qanuni olaraq işğal altında olan İordan çayının qərb sahilində 356 yaşayış binasının tikintisi üçün yeni tender elan edib.
Operativ Media xəbər verir ki, bu barədə ''Anadolu agentliyi" məlumat yayıb.
Bildirilib ki, tikinti işləri Ramallah yaxınlığındakı Geva Binyamin qəsəbəsində aparılacaq.
Birinci tenderdə 5 kompleksdə 342 ev, ikinci tenderdə isə 14 ehtiyat ailə üçün nəzərdə tutulub