Menyu

ABŞ Dünya Bankına Qəzzanı bərpa etmək üçün fond yaratmağı təklif edib

Şəfa Hüseynli
ABŞ Dünya Bankına Qəzzanı bərpa etmək üçün fond yaratmağı təklif edib

Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasının (TŞ) üzvlərinə təqdim etdiyi Qəzza zolağı ilə bağlı qətnamə layihəsində Dünya Bankına 2027-ci ilin sonuna qədər Fələstin anklavının bərpası üçün xüsusi fond yaratmaq təklifi yer alıb.

Operativ Media xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Sənədə Dünya Bankının Qəzza zolağının bərpası və yenidən qurulmasını maliyyələşdirmək üçün 2027-ci ilin sonuna qədər fəaliyyət göstərəcək xüsusi fondun yaradılması təklifi daxildir.

ABŞ rəsmiləri BMT Təhlükəsizlik Şurasında Qəzzə ilə bağlı qətnamə layihəsini bir neçə ölkəyə təqdim ediblər.

Qeyd olunub ki,  ABŞ və digər ölkələrə Qəzza zolağında 2027-ci ilin sonuna qədər idarə etmək və təhlükəsizliyi təmin etmək üçün geniş səlahiyyətlər verilməsini, o cümlədən, zolağın sərhədlərinin təhlükəsizliyini təmin edəcək, mülki şəxsləri və humanitar dəhlizləri qoruyacaq, yeni Fələstin polis qüvvələrini yetişdirəcək və mühasirəyə cavabdeh olacaq beynəlxalq qüvvələrin formalaşdırılmasını təklif edilib.

Əlaqəli Xəbərlər