İsveçdə hava limanı fəaliyyətini dayandırıb
Operativ Media

İsveçin Göteborq Landvetter hava limanı bütün gələn və gedən reysləri müvəqqəti dayandırıb.
Operativ Media xəbər verir ki, hava limanının nümayəndəsi bağlanmanın səbəbi və fəaliyyətin nə vaxt bərpa olunacağı barədə məlumat verməyib.
Bildirilir ki, yeddi reys Malmö və Kopenhagen hava limanlarına yönləndirilib.
İsveçin hava nəzarət xidməti isə Göteborq üzərindəki hava məkanının qapanmasına baxmayaraq, tranzit uçuşların davam etdiyini açıqlayıb.
Yerli mediaya görə, bağlanmaya səbəb hava limanı yaxınlığında pilotsuz uçuş aparatına bənzər obyektin müşahidə olunmasıdır.