Menyu

Aİ Gürcüstanın təhlükəsizlik və cinayətkarlıqla bağlı regional layihələrdə iştirakını dayandırıb

Operativ Media
Aİ Gürcüstanın təhlükəsizlik və cinayətkarlıqla bağlı regional layihələrdə iştirakını dayandırıb
1 dəq oxu

Avropa İttifaqı (Aİ) Gürcüstanın təhlükəsizlik və mütəşəkkil cinayətkarlıqla bağlı Aİ tərəfindən maliyyələşdirilən regional layihələrdə iştirakını dayandırıb.

Operativ Media "Rustavi 2"yə istinadən xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinskinin Gürcüstan Xarici İşlər Nazirliyinə göndərdiyi məktubda bildirilir.

Gürcüstanın xarici işlər nazirinin birinci müavini Giorgi Liaşviliyə ünvanlanan məktubda qeyd olunur:

“Gürcüstandakı müstəsna hallar və Gürcüstanın Aİ-yə üzvlük prosesinin de-fakto dayandırılması ilə nəticələnən Avropa Şurasının 27 iyun 2024-cü il tarixli rəyinə uyğun olaraq, sizə məlumat verirəm ki, Gürcüstanın təhlükəsizlik və mütəşəkkil cinayətkarlıqla bağlı Aİ tərəfindən maliyyələşdirilən növbəti regional layihələrdə iştirakı dayandırılıb”.

Qerçinskinin məktubunda aydınlaşdırılır ki, söhbət üç layihədən gedir:

Avropolun dəstəklədiyi Şərq Tərəfdaşlığı çərçivəsində mütəşəkkil cinayətkarlıqla mübarizə layihəsi,

TOPCOP II – mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə layihə,

və EU4MD II – Aİ-də narkotik ticarətinin monitorinqi üzrə layihə.

Məlumata görə, Gürcüstanın bu proqramlardakı iştirakı 15 oktyabr tarixindən etibarən dayandırılıb. Qərar Gürcüstanın Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin nümayəndələrinə də şamil olunur.

Əlaqəli Xəbərlər