Menyu

Kobaxidze: Gürcüstanda inqilab Aİ-nin maraqlarına uyğun deyil

Operativ Media
Kobaxidze: Gürcüstanda inqilab Aİ-nin maraqlarına uyğun deyil

Gürcüstan hökumətinin devrilməsi Avropa İttifaqının maraqlarına uyğun deyil, lakin Avropa bürokratiyasına təsir göstərən və ölkədə bu prosesin baş verməsini istəyən şəxslər mövcuddur.

Operativ Media xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Türkiyənin "TRT World" telekanalına müsahibəsində bildirib.

“Kənardan açıq-aşkar təsirlər müşahidə olunur. Məsələn, oktyabrın 4-də Gürcüstanda dövlət çevrilişinə cəhddən əvvəl müxalifət prezident sarayına zorla daxil olmağa çalışarkən, Avropa Komissiyasının rəsmi nümayəndəsi bu aksiyanı ‘dinc çevriliş’ adı altında dəstəkləmişdi. Gürcüstanda inqilabın dəstəklənməsinin Aİ-nin obyektiv maraqlarına uyğun olduğunu düşünmürük, lakin təəssüf ki, müəyyən qüvvələr qərarların qəbulu zamanı Avropa bürokratiyasına mənfi təsir göstərirlər”, – Kobaxidze vurğulayıb.

Xatırladaq ki, oktyabrın 4-də Gürcüstanda bələdiyyə seçkiləri keçirilib. Seçki günü Tbilisidə müxalifətin mitinqi təşkil olunub. Həmin gün aksiyanın təşkilatçıları hökumətin devrilməsini elan edərək səhnədən “prezident sarayının açarlarını ələ keçirməyə” çağırıblar. Bundan sonra bəzi etirazçılar yaxınlıqdakı iqamətgaha doğru hərəkət ediblər. Nümayişçilər maneəni aşsalar da, çevik polis qüvvələri su şırnaqları və gözyaşardıcı qazdan istifadə edərək onları geri itələyib.

Polis mitinqin təşkilatçılarından beş nəfəri – o cümlədən tanınmış opera müğənnisi Paata Burçuladze və Gürcüstanın keçmiş baş prokuroru Murtaz Zodelavanı – hökumətin devrilməsinə çağırış və qrup halında zorakılıq təşkil etdiklərinə görə saxlayıb. Onları 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Daha onlarla şəxs isə prezident sarayına hücumda iştirak etdiyinə görə həbs olunub.

Əlaqəli Xəbərlər